logo

Knesset İsrailin yeni prezidentini seçdi

13:10 02-06-2021 | icon 4242
Knesset İsrailin yeni prezidentini seçdi

İsrail Knessetinin (birpalatalı parlament) deputatları yeddi illik müddəti bitən Ruven Rivlini əvəz edəcək 11-ci prezidenti seçib.

 YeniAvropa İsrail mətbuatına istinadla xəbər verir ki, gizli səsvermə nəticəsində “Soxnut” agentliyinin rəhbəri İshaq Hersoq ölkənin yeni prezidenti seçilib. Kan dövlət radiosunun məlumatına görə, birinci turda Knessetin 120 deputatından 87-si Hersoqa səs verib.

Ruven Rivlinin prezidentlik səlahiyyətləri iyulun 9-da bitir. İsrail qanunlarına əsasən, yeni prezident həmin müddətə 30 gün qalmış müəyyən olunmalıdır.

Qeyd edək ki, İsraildə prezidentin yeddi illik səlahiyyət müddəti var və dövlət başçısı vəzifəsi eyni şəxs tərəfindən iki dəfə icra edilə bilməz. Prezident vəzifədən yalnız parlament tərəfindən - deputatların dörddə üçünün impiçmentə səs verəcəyi təqdirdə kənarlaşdırıla bilər.