logo

Şuşada 28 May – Respublika Günü qeyd olunub

18:15 28-05-2021 | icon 2135
Şuşada 28 May – Respublika Günü qeyd olunub

28 May – Respublika Günü münasibətilə Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, tədbirdə  birinci Qarabağ və Vətən müharibələri şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.