logo

Azərbaycan Ordusu “Bayraktar”larla döyüş təliminə başladı

20:53 04-05-2021 | icon 1904
Azərbaycan Ordusu “Bayraktar”larla döyüş təliminə başladı
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində düşmənin qorxulu yuxusuna çevrilmiş “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri də daxil olmaqla müxtəlif təyinatlı PUA-ların cəlb olunduğu təlimlər keçirir.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetiriblər.

Məşq prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda əldə etdikləri vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki uçuşlar və təlim-döyüş tapşırıqları icra edirlər.

PUA heyətləri şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması, məhv edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarəedilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları da icra edirlər.

Təlim-məşq uçuşları çərçivəsində heyətlər praktiki döyüş atışları icra edərək şərti düşmən hədəflərini dəqiqliklə məhv edirlər.