logo

Yağıntılı hava 3 gün davam edəcək

13:33 01-05-2021 | icon 2436
Yağıntılı hava 3 gün davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin mayın 1-i saat 13:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı Lerik, Lənkəranda 5, Yardımlı, Sədərəkdə 4, Gədəbəy, Ordubad, Ağdərə (Ordubad), Naxçıvanda 3, Neftçala, Şərurda 2, Şahbuz, Daşkəsən, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Astarada 1 millimetrədək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 3-ü gündüzədək davam edəcək, gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.