logo

Türkiyədə 17 günlük “Evdə qal!” başladı

20:53 29-04-2021 | icon 2926
Türkiyədə 17 günlük “Evdə qal!” başladı

Türkiyədə yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində 17 gün fasiləsiz davam edəcək.

YeniAvropa xəbər verir ki, budəfəki “Evdə qal!” rejimi Türkiyə vaxtı ilə 19:00-da (Bakı vaxtı ilə 20:00) başlayıb və mayın 17-də yerli vaxtla saat 5:00-dək qüvvədə olacaq.

Qeyd edək ki, koronavirusa qarşı son aylar Türkiyədə tətbiq olunan “Evdə qal!” məhdudiyyəti bu dəfə ən uzunmüddətli rejim olacaq. Mayın 17-nə qədər yalnız fövqəladə əhəmiyyətli və gündəlik həyata dair son dərəcə zəruri xidmətlər fəaliyyət göstərəcək.