logo

Azərbaycanda daha 1402 nəfər koronavirusa yoluxdu, 32 nəfər öldü

17:30 28-04-2021 | icon 3395
Azərbaycanda daha 1402 nəfər koronavirusa yoluxdu, 32 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2238 nəfər müalicə olunaraq sağalıb, 1402 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 316 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 285 min 24 nəfər müalicə olunaraq sağalıb, 4461 nəfər vəfat edib. Aktiv xəstə sayı 27036 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 218 min 111 test aparılıb. Bugünkü test sayı isə 11194-dür.