logo

Gürcüstanın baş naziri Azərbaycanın DTX-nın rəisi ilə görüşüb

15:08 28-04-2021 | icon 2121
Gürcüstanın baş naziri Azərbaycanın DTX-nın rəisi ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyevlə görüşüb.
 
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Hökumət Administrasiyası məlumat yayıb.
 
Bildirilib ki, görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığının əsas istiqamətləri müzakirə edilib, eləcə də Gürcüstanla Azərbaycanın təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın vacibliyi vurğulanıb.
 
İclasda Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq İdarəsinin rəisi Tağı Eynulayev və Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili də iştirak ediblər.