logo

Gömrük Komitəsində ŞOK OLAY: Oğul atanın şöbəsində çalışır

18:28 23-04-2021 | icon 2513
Gömrük Komitəsində ŞOK OLAY: Oğul atanın şöbəsində çalışır
 Dövlət Gömrük Komitəsində Azərbaycanda sensansiya sayıla biləcək bir olayın üstü açılıb. 
YeniAvropa xəbər verir ki, bu barədə tanınmış vəkil Elçin Sadıqov bu gün "Facebook"da status paylaşıb.
Vəkil Gömrük Komitəsində başına gələn bir hadisəni belə təsvir edib: 
 
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük idarəsindəyəm. Nicat adlı əməkdaşın hərkətlərindən idarənin rəis müavini Sənan adlı şəxsə zəng edib şikayətləndim. Dedi telefonu verin Nicata. Nicat telefonu götürüb – "hə, ata”, – deyə cavab verdi”.
 
Xatırladaq ki, "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna əsasən,  vəzifəli şəxslər qohumlarını tabeçiliyinə işə götürə bilməzlər.