logo

COVİD-19-a qarçı I mərhələ vaksin vurduranların sayı 926 mini ötüb

16:59 23-04-2021 | icon 3423
COVİD-19-a qarçı I mərhələ vaksin vurduranların sayı 926 mini ötüb

Aprelin 23-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 14 min 424 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 8199, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6225 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 396 min 391-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 926 min 76, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 470 min 315 nəfərdir.