logo

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

19:05 08-04-2021 | icon 1547
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Prezident İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl Osaymini qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə prezident İlham Əliyev Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl Osayminə “Dostluq” ordeni təqdim edib.