logo

Küləkli hava axşama doğru səngiyəcək

09:20 06-04-2021 | icon 1456
Küləkli hava axşama doğru səngiyəcək
Bu gün səhərdən Bakıda və Abşeron yarımadasında əsən güclü külək axşam mülayimləşəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
 
Havanın temperaturu Abşeron yarımadasında 14-17, Bakıda 15-17 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.