logo

Azərbaycanda daha 1129 nəfər koronavirusa yoluxdu, 22 nəfər öldü

17:33 29-03-2021 | icon 1554
Azərbaycanda daha 1129 nəfər koronavirusa yoluxdu, 22 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 349 nəfər müalicə olunaraq sağalıb, 1129 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 257 min 330 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 236 min 500 nəfər müalicə olunaraq sağalıb, 3513 nəfər vəfat edib. Aktiv xəstə sayı 17317 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 844 min 674 test aparılıb. Bugünkü test sayı isə 7630-dur.