logo

DÇ-2022: Türkiyə-Latviya matçı azarkeşlərlə keçiriləcək

20:30 28-03-2021 | icon 1827
DÇ-2022: Türkiyə-Latviya matçı azarkeşlərlə keçiriləcək

Türkiyə Futbol Federasiyası(TFF) ölkənin milli futbol komandasının növbəti oyunu zamanı stadiona tamaşaçıların buraxılacağını bildirib.

 YeniAvropa xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qərara əsasən, matçın izlənilməsi üçün stadiona onun ümumi tutumunun 15%-i qədər azarkeş buraxılacaq.

Qarşılaşmanın keçiriləcəyi Atatürk Olimpiya Stadionunun 76 min azarkeş tutumu olduğunu nəzərə alsaq, matçda təxminən 11 min izləyicinin iştirakı gözlənilir.

Xatırladaq ki, 2022-ci il Dünya çempionatının seçmə mərhələsinin “G” qrupu çərçivəsində baş tutacaq Türkiyə - Latviya oyunu martın 30-da keçiriləcək.