logo

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

14:10 28-03-2021 | icon 1904
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Martın 27-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 18,772 nəfər vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 526,401 nəfər peyvəndlənmə prosesində iştirak edib.

"Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir", -deyə məlumatda qeyd olunub.