logo

Mer xəstəxanaya yerləşdirilib

09:33 27-03-2021 | icon 1841
Mer xəstəxanaya yerləşdirilib

Tbilisi şəhərinin meri Kaxa Kaladze paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Ona vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu qoyulub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Kaxa Kaladze özünün “Facebook” səhifəsində yazıb.

Mer bildirib ki, son günlər səhhətində yaranan problemlərlə bağlı klinikalardan birində müayinə olunub.

Hazırda vəziyyətinin normal olduğunu vurğulayan mer, fəaliyyətini distant rejimdə davam etdirdiyini bildirib.