logo

Azərbaycanda daha 1429 nəfər koronavirusa yoluxdu, 17 nəfər öldü

15:10 25-03-2021 | icon 1736
Azərbaycanda daha 1429 nəfər koronavirusa yoluxdu, 17 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 548 nəfər müalicə olunaraq sağalıb, 1429 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir.

Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.