logo

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi start götürür

13:53 16-02-2021 | icon 2030
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi start götürür

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilir.

 YeniAvropa xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.

1/8 final mərhələsinin maraq doğuran görüşlərdən biri İspaniyada keçiriləcək. “Barselona” öz meydanında Fransa çempionu “Paris Sen-Jermen” komandasını qəbul edəcək. Hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq.

Kataloniya təmsilçisinin heyətində Jerar Pike, Serxio Roberto, Martin Breytueyt, Ansu Fati və Filippe Koutinyonun zədəyə görə oynamayacağı dəqiqdir. Paris klubunda isə Kolin Daqba, Neymar və Anxel Di Maria eyni səbəbdən meydana çıxmayacaq. Rafinyanın isə görüşdə iştirakı sual altındadır.

Günün ikinci qarşılaşmasında İngiltərənin “Liverpul” klubu Almaniyanin “Leyptsiq” komandasının qonağı olacaq. Koronavirusa görə, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılacaq. Meydan sahiblərində Benyamin Henriks, Konrad Laymer və Emil Forsberq zədəlidir. Mersisayd təmsilçisində isə Vircil van Deyk, Co Qomes, Fabinyo, Nabi Keyta və Diequ Jota zədəli olduqları üçün komandalarına kömək edə bilməyəcək.