logo

Ağstafada kənddə başlayan toy polis idarəsində sona çatdı

12:02 12-02-2021 | icon 1806
Ağstafada kənddə başlayan toy polis idarəsində sona çatdı

Ağstafa rayon Polis Şöbəsinə rayonun Köçəsgər kəndindəki fərdi evlərin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları dərhal həmin ünvana gələrək toy mərasimini dayandırıb, mərasim iştirakçılarını polis şöbəsinə gətiriblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.