logo

Prezident Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarını təltif etdi

18:10 11-02-2021 | icon 1743
Prezident Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə bu ali təhsil ocağının əməkdaşlarının bir qrupunun təltif edilməsi barədə sərəncamlar imzalayıb.

YeniAvropa xəbər verir ki, sərəncamlara əsasən 8 nəfər Əməkdar müəllim, 5 nəfər Əməkdar bədən tərbiyəsi və idman xadimi, 1 nəfər “Şöhrət” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, bir nəfər də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.