logo

1784 nəqliyyat vasitəsi karantin postlarından  geri qaytarılıb

12:21 14-01-2021 | icon 1701
1784 nəqliyyat vasitəsi karantin postlarından  geri qaytarılıb

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, yanvarın 13-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1784 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində inzibati həbs, 2815 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

DİN vətəndaşlardan izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət olunmasını xahiş edir.