logo

Paytaxtda qadın sığınacağına hücum olub

16:56 12-01-2021 | icon 1687
Paytaxtda qadın sığınacağına hücum olub

Bakıda qadın və uşaq sığınacağına hücum olub.

 YeniAvropa xəbər verir ki, bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, sığınacaqda qalan qadınlardan birinin ailə yaxınları birliyə hücum edib. Hadisə nəticəsində xəsarət alan var. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub, hazırda araşdırma aparılır.

İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verən verib.