Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə bəyanatı- YENİLƏNİB
Yanvarın 11-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
YeniAvropa həmin bəyanatı təqdim edir.
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.
3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları İşçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Hüquq müdafiəçi Oqtay Gülalıyevdən xəbər var
Ticarət obyektləri fəaliyyətə başladı
Bakıda biznesmenin oğlunun öldüyü qəzanın görüntüləri yayıldı-VİDEO
Çindən Türkiyəyə daha 6,5 milyon doza vaksin gətirilib
AŞ PA-nın qış sessiyası başlayır
Bakıda partlayıb oldu-yaralananlar var
Bərbərxana və gözəllik salonlarının da fəaliyyəti bərpa olundu
Bu gündən 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub
Məhkəmə Masallının baş həkimi barədə həbs qətimkan tədbiri seçdi
“İstiqlal Zirvəsi” layihəsi təqdim edildi (VİDEO)
Kəlbəcər rayonunun Comərd kəndinin videogörüntüləri
Paytaxtda gənc qadın özünü hündürmərtəbəli binadan atdı-VİDEO
Putin Davos forumunda çıxış edəcək
Füzuli rayonunun Aşağı Aybasanlı kəndindən videogörüntüləri yayıldı
İranın xarici işlər naziri Azərbaycana səfərə gəlir
Murovda şəhid olmuş polkovnik-leytenantın nəşi tapıldı
Azərbaycanda daha 287 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü
Azərbaycana qarşı döyüşən 2 livan ermənisinə cinayət işi açılıb
Qarabağda tapılan daha 30 erməni hərbçinin cəsədi qarşı tərəfə verildi
Yerevanda Paşinyanın istefası tələbi ilə növbəti avto-yürüş keçirilir
Vilayət Eyvazov general Rövşən Əkbərovun bacısı oğlunu işdən çıxardı
Portuqaliyada prezident postu uğrunda 7 namizəd mübarizə aparır
Çavuşoğlu: “Mozart”ın mühəndisinin cənazəsi Azərbaycana göndəriləcək
Sabah Bakıda 9° isti olacaq
Şamaxıda palçıq vulkanı püskürüb