logo

Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilir

11:12 10-01-2021 | icon 1813
Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

YeniAvropa  “Kabar” agentliyinə istinadla xəbər verir ki, seçki məntəqələri yerli vaxtla 8:00-da (Bakı vaxtı ilə 06:00) açılıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, respublikada 3 milyon 563 mindən çox seçici qeydə alınıb. Prezidenti kürsüsü uğrunda 17 namizəd mübarizə aparır.

Prezident seçkiləri ilə eyni vaxtda referendum da keçirilir. Vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə sualı cavablandıracaqlar.

Seçicilərə 2 bülleten verilir: Prezident seçkiləri üçün bülleten ağ rəngdə, referendum üçün bülleten isə mavi rəngdədir.

Xatırladaq ki, əvvəlki dövlət başçısı Sooronbay Jeenbekov 2020-ci il oktyabrın 15-də, on günə yaxın davam edən etiraz aksiyaları və kütləvi iğtişaşlardan sonra istefa verib.

İğtişaşlara səbəb isə parlament seçkilərinin hakimiyyətin xeyrinə saxtalaşdırması olmuşdur. Kütləvi xalq etirazlarından sonra ölkənin baş naziri Kubatbek Boronov və parlamentin sədri Dastanbek Cumabekov da vəzifədən gediblər.