logo

MN Qubadlı rayonunun Muradxanlı kəndinin videogörüntülərini yayıb

12:57 09-01-2021 | icon 1967
MN Qubadlı rayonunun Muradxanlı kəndinin videogörüntülərini yayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Muradxanlı kəndinin videogörüntülərini yayıb.

YeniAvropa xatırladır ki, 1992-ci il noyabrın 1-də Muradxanlı kəndinə ermənilərin silahlı basqını nəticəsində 5 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini sarsıdıcı məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu noyabrın 2-də kəndi işğalçılardan azad edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla Muradxanlı kəndinin videogörüntülərini təqdim edirik: