İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirdi
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev müşavirədə çıxış edib. Dövlət başçısı bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib.
“Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”, - deyən prezident İlham Əliyev vurğulayıb ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur və Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib.
2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən prezident İlham Əliyev pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
Dövlət başçısı diqqətə çatdırıb ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.
İlin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir.
Prezident İlham Əliyev beynəlxalq qurumların ölkəmizdə gedən işlərə yüksək qiymət verdiyini, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini bildirib. Dövlətimizin başçısı Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurları da sadalayıb. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulayıb, bununla bağlı tapşırıqlarını verib.
Müşavirədə məruzələr dinlənilib.
Bakıda mənzildən qadın meyiti tapılıb
Belarus dünya çempionatı keçirməkdən məhrum edildi
Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb
Almaniyanın xarici işlər naziri Türkiyədə səfərdədir
Mədəniyyət Nazirliyi Bakıdakı alman kilsəsi haqda videoçarx hazırlayıb
Nazir şəhid olan Daxili Qoşunların hərbçilərinin sayı açıqladı
Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
Laçının gəzməli-görməli yerləri haqda videoçarxı hazırlanıb
Hirkan Milli Parkında baş vermiş yanğın 5 gündür davam edir
Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfərə çatır
MN Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkəti dəyişdiriləcək
Ərdoğan:Qarabağ məsələsindəki qəti əzmimizi bütün dünyaya göstərdik
Vətən Müharibəsində şəhidlərinin sayı 2855 oldu-YENİ SİYAHI
Dövlət Xidməti polietilen torbalarla bağlı sahibkarlara çağırış etdi
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında açılışlarda olub
Sergey Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsindən danışdı
Baş Prokurorluq IT menecer və mühəndis-proqramçılar axtarır
Azərbaycan ötən il 183 ölkə ilə ticarət əməliyyatları aparıb
Siyavuş Aslanın küçədə yaşayan oğlu xəstəxanaya yerləşdirildi
Metronun “8 Noyabr” stansiyasına rəis təyin olunub
Türkiyədə 1344 kəndlə nəqliyyat əlaqəsi kəsilib
Sabah Bakıda sulu qar və qar yağacaq, 6° isti olacaq
Füzulinin işğaldan azad edilən Merdinli kəndinin görüntüləri yayıldı