logo

Tacikistanda yeni ilin ilk saatlarında beşəm uşaq doğulub

10:15 01-01-2021 | icon 336
Tacikistanda yeni ilin ilk saatlarında beşəm uşaq doğulub

Tacikistanın Xatlon vilayətinin Kubodiyen rayonunda yeni ilin ilk saatlarında ölkə tarixində ilk dəfə beşəm uşaq doğulub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, xoşbəxt ana bu rayonun 30 yaşlı sakinidir. Uşaqların üçü qız, ikisi oğlandır.

Həkimlərin bildirdiyinə görə ana və uşaqlar özlərini yaxşı hiss edirlər. Uşaqlar ciddi nəzarət altındadırlar.