Yerevanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Facebook" hesabında məlumat paylaşıb.
Yerevan görüşündən şəkil də paylaşan M.Zaxarova fotonun altında bu sözləri yazıb:: "Dramaturgiya".
Xatırladaq ki, bu gün Ermənistana Rusiyanın qurumlararası nümayəndə heyəti səfər edib. Nümayəndə heyətinə S.Lavrovla yanaşı, baş nazirin müavinləri, müdafiə naziri, fövqəladə hallar naziri və digər rəsmi şəxslər daxildir.