logo

Belarus prezidenti Azərbaycana yeni səfir təyin etdi

18:17 19-11-2020 | icon 1911
Belarus prezidenti Azərbaycana yeni səfir təyin etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana yeni səfir təyin edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu, keçmiş müdafiə naziri və Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkovdur.

Aleksandr Lukaşenko  bu gün həmçinin Çin, Ermənistan, Pakistan və Keniyaya da Belarusun yeni səfirlərini  təyin edib.