logo

Moskva Bakının Qarabağın xüsusi statusunu müzakirəsindən imtinası barədə

13:11 18-11-2020 | icon 1547
Moskva Bakının Qarabağın xüsusi statusunu müzakirəsindən imtinası barədə

“Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq”.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, belə bir açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko çıxış edib.

"Ümid edirik ki, bu, yeni dalğaya gətirib çıxarmayacaq” deyən rusiyalı diplomatın Dağlıq Qarabağın statusunun həlli üçün hansısa müddətinin mövcud olub-olmaması ilə bağlı suala cavabı isə belə olub: “Xeyir, bunun müddəti yoxdur. Status məsələsi çox həssas bir mövzudur”.