logo

Paytaxtda koronavirusun ən çox yayıldığı rayon Binəqədidir

11:57 18-11-2020 | icon 1407
Paytaxtda koronavirusun ən çox yayıldığı rayon Binəqədidir

Bakı şəhəri üzrə koronavirusun ən çox yayıldığı rayonlar məlum olub.

 YeniAvropa  "koronavirus.info" saytına istinadən xəbər verir ki, paytaxtda öldürücü virusun  ən yüksək yayılma göstərici Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma Bakı şəhəri üzrə ümumi yoluxmanın 14, 7 faizini təşkil edir.

Ardıcılığa uyğun olaraq daha sonrakı yerlərdə 12,7%-lə Xətai, 11,6%-lə Yasamal, 11,3%-lə Sabunçu, 8.3%-lə Nəsimi, 8,4%-lə Suraxanı, 8%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,3%-lə Qaradağ, 6,3%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.