logo

Şuşaya atamın şəhid olduğu yerə Azərbaycan bayrağını taxmağa gedirdim-VİDEO

10:15 17-11-2020 | icon 2618
Şuşaya atamın şəhid olduğu yerə Azərbaycan bayrağını taxmağa gedirdim-VİDEO

Arzum Şuşaya bayraq taxmaq idi, çünki atam orda şəhid olub. 

YeniAvropa xəbər verir ki, bu  sözləri Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin zabiti Polad Rzayev söyləyib. 

Qubadlıda minaya düşən xüsusi təyinatlı görün nələri danışdı:

"..Məni məyus edən o idi ki, tez yaralandım. Mənim arzum o idi ki, Şuşayadək döyüşüm və Şuşaya Azərbaycan bayrağını mən taxım. Çünki mənim atam orada şəhid olub. Döyüşlər başlayan mən özümlə Azərbaycan bayrağını və müqəddəs "Qurani Kərim"i özümlə aparmışdım və onu zirehli döşlüyümün altında saxlayırdım ki, Şuşaya çatım. Mənim atam  1992-ci ildə Şuşada "Kolxozstroy" deyilən yer var.Orda mühasirədə olan dostlarını xilas edərkən şəhid olub.Mən də həmin yerə Azərbaycan bayrağını taxmaq üçün gedirdim...".

Qəhrəman döyüşçünin "BakuTV"yə olan videosöhbətini  təqdim edirik: