Moldovanın prezidenti təkrar seçkidə uduzduğu müxalifət liderini təbrik etdi
Moldovanın fəaliyyətdə olan prezidenti İqor Dodon “Fəaliyyət və Həmrəylik” Partiyasının lideri Mayya Sandunu respublikanın rəhbəri vəzifəsinə seçkilərdə ilkin qələbə münasibətilə təbrik edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, İqor Dodon ötən gün keçirdiyi brifinqdə deyib: “İlkin nəticələrdən görünür ki, Mayya Sandu qalib gəlib. Mən onu ilkin qələbə münasibətilə təbrik edirəm, lakin seçki prosesində son nöqtə pozuntular barədə bütün məlumatlar yoxlanılandan sonra qoyulacaq”.
Dodon öz tərəfdarlarını seçkilərdən sonra etiraz aksiyalarına çıxmamağa çağırıb. O deyib: “Məni dəstəkləyənlərə müraciət etmək istəyirəm. Hörmətli həmvətənlər, seçicilərin demək olar ki, yarısı prezident vəzifəsinə mənim namizədliyimi dəstəkləyib. Mən sizi sakit olmağa çağırıram. Hər hansı etirazlar və sabitliyin pozulması əsla yolverilməzdir. Əgər küçəyə çıxmaq lazım gələrsə mən sizə deyərəm”.
Xatırladaq ki, Moldovada prezident seçkiləri noyabrın 2-də keçirilib.* namizədin yarışdığı seçkidə müxalifətin lideri-keçmiş baş nazir Maya Sandu seçicilərin 36,16 faizinin səsini toplayıb. Hazırkı prezident İqor Dodon isə seçicilərin 32,61 faiz səsini qazana bilib. Digər 6 namizəd isə daha az səs toplayıblar.
Noyabrın 15-də prezident seçkilərinin ikinci turu keçirilib. Moldova vətəndaşları qarşıdakı 4 il müddətinə dövlət başçısını seçmək üçün yenidən seçki məntəqələrinə gəliblər. Seçkilərin ikinci turunda iddiaçılar ikinci müddətə namizədliyini irəli sürmüş İqor Dodon və keçmiş baş nazir, “Fəaliyyət və Həmrəylik” Partiyasının lideri Maya Sandu olublar.
Səsvermə protokollarının 100 faizi emal ediləndən sonra Seçki Komissiyasının saytında yerləşdirilmiş ilkin məlumata görə, Qərbyönümlü namizəd M.Sandu seçicilərin 57,75 faizinin səsini toplayaraq qalib gəlir.Moskvayönümlü İ.Dodona isə seçicilərin 42,25 faizi səs verib.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq