logo

Araik Arutyunyan Xankəndidə iclas keçirdi:"Müharibənin dayandırılmasını Paşinyandan mən xahiş etdim" 

11:57 13-11-2020 | icon 1988
Araik Arutyunyan Xankəndidə iclas keçirdi:"Müharibənin dayandırılmasını Paşinyandan mən xahiş etdim" 

Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Xankəndində qondarma “parlamentin” fraksiya rəhbərləri ilə görüş ıeçirib.

YeniAvropa xəbər verir ki, bu barədə o, özünün "Facebook" hesabında məlumat paylaşıb. Qeyd edib ki, görüşdə Qarabağ münaqişəsi, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanan bəyanatı müzakirə ediblər.

“Biz mövcud hərbi-siyasi vəziyyəti və üçtərəfli bəyanatın müddəalarını müzakirə etdik. Bir daha təsdiqlədim ki, Ermənistan baş nazirinə hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün səy göstərmək barədə müraciət etmişəm.

Hərbi əməliyyatların dayandırılması barədə qərar Ermənistan Silahlı Qüvvələrinin təkidilə hərbi vəziyyət nəzərə alınaraq qəbul edilib.

Çünki müharibənin davam etməsi Xankəndinin süqutu ilə nəticələcəkdi.Eləcə də, digər şəhərlərin, kəndlərin mühasirəyə alınması və minlərlə hərbçinin ölümü də daxil olmaqla daha böyük insan və ərazi itkilərinə səbəb olacaqdı”, - deyə separatçı rejim rəhbəri qeyd edib.