logo

Azərbaycanda koronavirusa yoluxma üzrə statistika açıqlanıb

10:28 08-11-2020 | icon 287
Azərbaycanda koronavirusa yoluxma üzrə statistika açıqlanıb

Ölkəmizdə COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.

YeniAvropa xəbər verir ki, yoluxmanın 54,4 faizi Bakının payına düşür.

Sonrakı yerlərdə - Abşeron 14,1 faiz, Aran 10,7 faiz, Gəncə-Qazax 7,0 faiz, Lənkəran 4,0 faiz, Şəki-Zaqatala 3,2 faiz, Quba-Xaçmaz 2,9 faiz, Dağlıq Şirvan 1,8 faiz, Yuxarı Qarabağ 1,1 faiz, Naxçıvan 0,07 faiz.

Ölkə xaricindən gələn şəxslərin isə 0,8 faizi virusa yoluxub.

Ən yüksək göstərici Binəqədidə - 14,6 faiz qeydə alınıb. Sonrakı yerlərdə 12,8 faizlə Xətai, 11,5 faizlə Yasamal, 11 faizlə Sabunçu, 8,4 faizlə Nəsimi, 8,2 faizlə Suraxanı, 7,3 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,5 faizlə Qaradağ, 6,2 faizlə Xəzər, 4,8 faizlə Səbail, 0,3 faizlə Pirallahı gəlir.