logo

"Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq"

21:55 14-10-2020 | icon 1890
"Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq"

Azərbaycanda yaşayan erməni əsilli qadın Ermənistanın baş naziri Nikol Paşinyana və erməni xalqına müraciət edib.

YeniAvropa xəbər verir ki, 79 yaşlı Tovuz sakini Alvina Marqosyan müraciətində  Ermənistan ordusunun əzəli Azərbaycan torpaqlarından, Qarabağdan çıxmasını tələb edib.

Qeyd edək ki, Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də "Twitter"dəki hesabında həmin qadından yazıb.

"79 yaşlı erməni əsilli Azərbaycan vətəndaşı Alivina Marqosyan Sarkisovnadır. Ermənilərin Azərbaycanda dinc, yanaşı yaşamalarının daha bir təzahürü. Qarabağ işğaldan azad edildikdən sonra erməni icması Azərbaycanda ləyaqətlə, sülh və firavan yaşayacaq", - deyə Hikmət Hacıyev bildirib.

79 years old proud Azerbaijani national of Armenian origin - Mrs. Margosyan Alivina Sarkisovna.Yet another manifestation of peaceful co-existence of Armenians in Azerbaijan. After liberation of Karabakh, Armenian community will live in dignity, peace and prosperity in #Azerbaijan pic.twitter.com/jS6egrm68E

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 14, 2020