logo

“AFB Bank” Kəmaləddin Heydərovun müavinini məhkəməyə verib

16:32 14-09-2020 | icon 1862
“AFB Bank” Kəmaləddin Heydərovun müavinini məhkəməyə verib

"AFB Bank” Açıq Səhimdar Cəmiyyəti (ASC) Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Tağızadə Faiq Cavad oğluna qarşı məhkəmə iddiası qaldırıb.

YeniAvropa xəbər verir ki, məhkəmə iclasının 11 sentyabr tarixində keçirildiyi qeyd olunur. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

Qeyd edək ki, "AFB Bank” ASC-nin iddiaçı olduğu prosesdə cavabdeh kimi Faiq Tağızadə ilə bərabər Dilarə Tağızadə və "DG Group” MMC də yer alıb.

Məhkəmə mübahisəsinin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsindən irələ gəldiyi qeyd olunur.

Məlumat üçün bildirək ki, "AFB Bank” ASC səhimlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən "Gilan” MMC-yə məxsus olub. Ötən ilin fevral ayında "Gilan” MMC bankdakı səhimlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhimlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.

Yeri gəlmişkən, mətbuatda "AFB Bank” ASC-nin yeni səhimdarı Hikmət İsmayılovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu fakt bu günə kimi təkzib olunmayıb.