logo

Sabah daha 350 soydaşımız Gürcüstandan təxliyyə ediləcək

11:49 13-09-2020 | icon 1946
Sabah daha 350 soydaşımız Gürcüstandan təxliyyə ediləcək

Sabah daha 350 soydaşımızın Gürcüstandan Azərbaycana təxliyəsi həyata keçiriləcək. 

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildilib. Qeyd edilib ki, onların 97-si Azərbaycan vətəndaşı, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşı olan azərbaycanlılar və ölkəmizdə daimi yaşamaq hüququ olan şəxslərdir.

Təxliyə olunacaq şəxslər sentyabrın 13-də Gürcüstandakı klinikaların birində koronavirusla bağlı test veriblər. Testlərin cavabı 24 saat ərzində məlum olacaq. Test cavabı neqativ olan şəxslər səfirlikdən COVID-19 arayışı alacaqlar. Sənəd 48 saat ərzində qüvvədə olacaq.

Təxliyə olunan şəxslər sentyabrın 14-də səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək səfirlik 2 mindən çox azərbaycanlının Gürcüstandan təxliyəsini həyata keçirib.