Deputat: “Mən istefa vermişəm”
“Sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində gedən status və yazılarda adımın hallandırılmasından xəbərdaram və hesab edirəm ki, hər kəsin azad düşüncə və fikir bildirmək hüququ olduğundan buna normal yanaşmaq lazımdır”.
YeniAvropa xəbər verir ki, Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkili vurğulayıb ki, altıncı çağırış Milli Məclisə deputat seçilməsindən sonra sahibkarlıq fəaliyyətinə son qoyub və şirkətdəki vəzifəsindən istefa verib: “Deputat olaraq fəaliyyətim göz qabağındadır və təəssüf edirəm ki, bəzən bu məzmunlu informasiyalar hazırki fəaliyyətimə kölgə salmaq və qərəzli niyyətlə edilir”.
Elnur Allahverdiyev qeyd edib ki, mart ayından bu yana müsahibə və açıqlamalarında sahibkarlıq fəaliyyətini dayandırdığını dəfələrlə bildirib: “Düşünürəm ki, professional jurnalist və ya bloggerlər bunu bilməmiş deyillər. Bununla belə, onlara fəaliyyətlərində uğurlar arzu edirəm, sadəcə, bəzi qarayaxmalara görə təəssüf hiss keçirirəm. Mənə elə gəlir, professionallıq nöqteyi-nəzərdən bu, onların özlərinin obyektivliyi üçün də ziyanlı mövqedir”.
Qeyd edək ki, sosial şəbəkələrdə “Müştəriyəm şikayətim var” adlı səhifədə “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər yer alıb. Həmin səhifənin Milli Məclisin deputatı Elnur Allahverdiyevin rəhbəri olduğu şirkət tərəfindən alındığı və şərhlərin silinməsi ilə bağlı iddialar səsləndirilib.("Teleqraf.com")
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq