Məzahir Pənahovun "ömrü" uzadılır?
Mərkəzi Seçki Komissiyası (MSK) ilə bağlı qəribə situaisya yaranıb. Seçki Məcəlləsinə əsasən komissiya üzvləri 5 il müddətinə seçilir.
YeniAvropa xəbər verir ki, MSK-nın hazırkı tərkibi 2016-cı ilin aprel ayında formalaşdırılıb. Deməli, 5 il müddətin başa çatmasına hələ 7 ay qalıb.
Qanunda həm də qeyd edilib ki, parlament seçkilərindən sonra Milli Məclisin ilk iclaslarının birində MSK-nın tərkibi formalaşdırılmalıdır. Azərbaycanda son parlament seçkiləri 9 fevral 2020-ci il tarixdə keçirilib. Bu, növbədənkənar seçkilər olub. Milli Məclisin tərkibi dəyişib. Yeni bitərəf deputatlar və siyasi partiyalar parlamentdə yer qazanıblar. Belə olan halda MSK-nın işini mövcud tərkiblə davam etdirməsi doğrudurmu? Ümumiyyətlə, hazırki situasiyada hansı addım atılmalıdır?
Məsələyə aydınlıq gətirmək üçün "Yenisabah.az" Aydınlar Partiyasının sədri, birinci və ikinci çağırış Milli Məclisin deputatı olmuş Qulamhüseyn Əlibəyliyə müraicət edib. MSK ilə bağlı mürəkkəb situasiyanın yarandığını bildiriən keçmiş deputat bunu qanunun qeyri-dəqiqliyi ilə izah edib.
“Həqiqətən də mürəkkəb situasiya yaranıb. Bu da qanundakı qeyri-dəqiqliklə bağlıdır. Qanunda birbaşa yazılıb ki, yeni parlament seçkilərindən sonra Milli Məclisin ilk iclaslarının birində MSK-nın tərkibi formalaşdırılmalıdır. Burada söhbət növbəti, yaxud növbədənkənar parlament seçkilərindən getmir. Yəni, qanunda bu məsələ dəqiqiliyi ilə qeyd edilməyib. 9 fevralda keçirilən parlament seçkiləri növbədənkənar idi. Amma axı tərkibdə ciddi dəyişiklik olub. İstər bitərəf deputatların kontingetində, istərsə də, siyasi partiyaların düzlüşündə ciddi fərqlər var. Bu da MSK-nın yenidən formalaşdırılmasını zərurətə çevirir. Digər tərəfdən isə mövcud tərkibin müddəti hələ başa çatmayıb”, - deyə Qulamhüseyn Əlibəyli vurğulayıb.
Partiya sədri hesab edir ki, MSK-nın müddəti başa çatmasa da, yeni tərkib formalaşdırılmalıdır. “Hesab edirəm ki, bu tərkiblə davam etmək doğru deyil. 5 il müddəti gözləməyə ehtiyac yoxdur, MSK yenidən formalaşdırılmalıdır”, - deyə o bildirib.
9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində formalaşan Milli Məclisin artıq yaz sessiyası başa çatıb. Deputatlar payız sessiyasına hazırlaşır. Lakin yaz sessiyasında keçirilən iclaslarda MSK ilə bağlı məsələyə toxunulmayıb. Qeyri-rəsmi məlumatlara görə, seçki komissiyalarının yenidən təşkili parlamentin payız sessiyasında baş tuta bilər. Lakin buna zidd xəbərlər də var. Həmin xəbərlərdə MSK-nın təkrar seçkilərdən sonra formalaşacağı iddia edilir.
Konstitusiya Məhkəməsi 80 saylı İmişli-Beyləqan, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü və 33 saylı Xətai birinci seçki dairələrinin nəticələrini ləğv edib. 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilən Fəttah Heydərov isə dünyasını dəyişib. Beləliklə, 5 dairədə təkrar seçkilər keçirilməlidir.
Qanunvericilikdə təkrar seçkilərin keçirilmə vaxtı ilə bağlı konkret müddəa yoxdur. Növbədənkənar parlament seçkilərindən sonra məlumat yayılmışdı ki, təkrar seçkilər may ayında keçiriləcək. Gözləntilər özünü doğrultmadı. Lakin burada siyasi motiv axtarmaq doğru olmazdı. Çünki mart ayından ölkədə koronavirus infeksiyasına qarşı mübarizə başlayıb, xüsusi karantin rejimi elan edilib. Mümkündür ki, təkrar seçkilər pandemiyadan sonra baş tutsun. Pandemiyanın isə nə vaxt bitəcəyi bəlli deyil.
Bəzi mlühazilərə görə isə parlamentin yenilənməsinə baxmayaraq MSK-nın təşkilinin yubanması Məzahir Pənahovun karyerasının ömrünü bir qədər də uzatmağa xidmət edir. O, 2000-ci ildən MSK-nın sədridir.
MSK-nın tərkibi 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən seçilir.
Komissiyanın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq