logo

“Zəfəran Hospital”a 9190 manat ödədi,amma  atasının ölüsünü aldı

19:09 09-09-2020 | icon 2723
“Zəfəran Hospital”a 9190 manat ödədi,amma  atasının ölüsünü aldı
"Atamı "Zəfəran Hospital”a apardım, 9190 manat ödədim, amma ölüsünü çıxardım”.
YeniAvropa xəbər verir ki, bu sətirlər Sabirabad rayonu Qarağac kənd sakini Nüsrət Mirzəzadənin  Azad İstehlakçılar Birliyinə(AİB) yazdığı şikayət məktubundandır.
 
"Bu şıkayəti təfsilatıyla yerləşdirmirəm, çünki 4 səhifəlik ərizədə klinika sahiblərinin adı çəkilir, varlı insanların nə üçün kasıbları hər yolla soymasına kasıb kəndlinin təəccübü ifadə olunur və s. Sabirabad rayonu Qarağac kənd sakini Mirzəzadə Nüsrət Azad İstehlakçılar İctimayi Birliyinə 04.09.2020-ci il tarixdə ərizə ilə müraciət edib. Şikayətçi 1956-ci il təvəllüdlü atasını qeyd olunan klinikaya yerləşdirərək, cərrah Ramin Əliyevin əməliyyatının uğurlu olacağı vədinə inanaraq qohum-əqrəbadan, banklardan kredit götürüb məbləğı klinikaya ödəyib. Bir neçə gündən sonra isə atasının nəşini aparmalı olub”, - deyə Eyyub Hüseynov sosial şəbəkədə status paylaşıb.
 
Eyyub Hüseynovun sözlərinə görə, həmin şikayətlə bağlı AİB tərəfindən araşdırılma aparılıb və məbləğin bir hissəsi mərhumun ailəsinə qaytarılıb: "Bu kimi hallar ölkəmizin bütün klinikalarında baş verir. Ölkəmizdə "Pasiyentlərin hüquqlarının müdafiyəsi haqqında" qanun 10 ildən çoxdur ki, MM-də rəflərdə saxlanılır. Sənədi artıq toz basıb. Amma  hələ də qanun layihəsini müzakirəyə çıxarıb, qəbul etmək istəmirlər".