Belçika şirkəti Fikrət Əmirovun əsərini mənimsədiyinə görə üzr istədi
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənilərək “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilib və bir sıra platformalarda yayımlanıb.
Əqli Mülkiyyət Agentliyindən YeniAvropa-ya verilən məlumata görə, bununla əlaqədar, agentlik və Fikrət Əmirovun vərəsələri tərəfindən müəlliflik hüquqlarının pozulmasının qarşısının alınması ilə əlaqədar musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkətinə qarşı müvafiq tələblər irəli sürülüb.
Agentliyə daxil olan yeni məktubda “Muziekpublique” şirkətinin direktoru Peter Van Rompaey və şirkətin koordinatoru Kenza Ismaili şirkət adından edilən səhvin səbəb olduğu bütün ziyanlara görə üzr istəyiblər. Onlar bu musiqinin ənənəvi (folklor nümunəsi) musiqi olmadığını bilmədiklərini, əks halda onun albomda istifadəsinə görə icazə istəməli olduqlarını etiraf edərək bu vəziyyətdən çox üzgün olduqlarını qeyd ediblər.
Şirkət Fikrət Əmirovun vərəsələrinin məyusluğunu tamamilə başa düşürək edillən səhvləri düzəltməyə hazır olduğunu da bildirib.
Bundan əlavə, məktubda “Karin” albomunun yenidən hazırlanması zamanı “Houcher” mahnısının mütləq siyahıdan çıxarılacağı, o cümlədən adıçəkilən musiqinin Vardan Hovanissian və Emre Gültəkinə aid olmadığı, “Kor ərəbin mahnısı” orijinal adı ilə Fikrət Əmirov tərəfindən bəstələndiyi və Şirkətin bununla bağlı səhv etdiklərini ictimaiyyətə çatdırmaq üçün kommunike buraxılacağı, eləcə də Şirkətin “Houcher” mahnısının bütün platformalardan silməyə hazır olduğu vurğulanıb.
Plagiatçılıqla məşğul olanlara qarşı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi Əqli Mülkiyyət Agentliyinin və Fikrət Əmirovun vərəsələrinin ciddi nəzarətindədir. Məsələnin gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq