Ramiz Mehdiyevə “hədiyyə” edilən milyonluq mənzilin fotoları yayıldı
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı hər gün yeni məlumatlar ortaya çıxır. Və bu yayılan məlumatların heç biri onun xeyirinə deyil.Məlum olur ki, PA rəhbəri olduğu zaman R. Mehdiyevə "hədiyyə” adı ilə - əslində isə rüşvət kimi çoxlu sayda daşınar və daşınmaz əmlak verilib. Hətta o bir çox tikinti şirkətlərində müəyyən paylara da sahib olub.
YeniAvropa xəbər verir ki, R. Mehdiyevə verilən həmin hədiyyə əmlaklardan biri ilə bağlı "Yeni Sabah” maraqlı məlumat əldə edib. Belə ki, 3 il bundan əvvəl Badamdar qəsəbəsində Botanika bağının yanında elit binada Mehdiyevə 400 kvadratmetr sahəsi olan mənzil hədiyyə edilib. Binanın 14-cü mərtəbəsində yerləşən bütün mənzillər birləşdirilərək bir ev halına gətirilib. Mənzildə 4 yataq otağı, bir böyük zal, iş otağı var. Mənzili Mehdiyevə tanınmış iş adamlarından biri hədiyyə edib.
Bu haqda saytımıza məlumat verən şəxs bildirir ki, həmin mənzilin hazırda bazar qiyməti 2 milyon manata yaxındır. O, təkcə parket işinə 100 min manatdan artıq pul xərcləndiyini iddia edir. Mənzilin təmir işlərinə şəxsən R. Mehdiyev özü nəzarət etsə də, öz cibindən bir qəpik pul xərcləməyib. Mənzilə istifadə olunan bütün tikinti materialları və mebellər xaricdən gətirilib. Qısa müddətdə onun istədiyi kimi təmir olunan mənzil təxminən 3 il əvvəl Mehdiyevə təhvil verilib. Mehdiyev isə öz növbəsində həmin evi qızı Kamilə Mehdiyevaya bağışlayıb. Aradan 3 il vaxt keçsə də, bu günə qədər həmin evin boş saxlandığı, heç kimin orada yaşamadığı bildirilir. Mənzilin dizaynının fotolarını da təqdim edirik. 400 kvadratmetrlik mənzilin ən xırda detallarına qədər məhz dizaynda nəzərdə tutulduğu kimi təmir olunduğu, mebellərlə təchiz edildiyi bildirilir.
UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub
Nikol Paşinyan Moskvada Aİİ-nin yubiley sammitində iştirak edib
Rusiyanın Böyük Britaniyadakı hərbi attaşesi ölkədən qovulub
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina etdi
Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Rəcəb Tayyib Ərdoğan COP29-da iştiraka dəvət edilib
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb