logo

 UEFA Avropa Liqası: “Neftçi” Bakıda “Qalatasaray”la qarşılaşacaq

14:49 31-08-2020 | icon 8561
 UEFA Avropa Liqası: “Neftçi” Bakıda “Qalatasaray”la qarşılaşacaq

Avqustun 31-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edən “Neftçi” komandası II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gələcək. Oyun sentyabrın 16-da Bakıda keçiriləcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. “Neftçi” I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi”ni mübarizədən kənarlaşdırmışdı - 2:1.