logo

Ağsuda ağır avtoqəza: 3 nəfər ağır  yaralandı

14:15 18-07-2020 | icon 1876
Ağsuda ağır avtoqəza: 3 nəfər ağır  yaralandı

Ağsu rayonunda biri uşaq olmaqla 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Ağsu-Caparlı-Bağırlı avtomobil yolunun 5-ci kilometrində, Daşdəmirbəyli kəndinin ərazisində olub. Belə ki, Cəlayir kənd sakini Hüseynov Yusif Əlihüseyn oğlunun idarə etdiyi VAZ-21063 markalı avtomobil və Daşdəmirbəyli kənd sakini Əliyev Vahid Əlmövsüm oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil qarşı-qarşıya gələrkən toqquşub. Nəticədə “Mercedes” yoldan çıxaraq aşıb. Qəza nəticəsində VAZ-21063 markalı avtomobildə olan yaşyarımlıq uşaq Murad Fazil oğlu Əhmədov, anası 35 yaşlı Familə Əhmədova və atası 45 yaşlı Fazil Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, ananın vəziyyəti ağırdır.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən qəzanın səbəbləri araşdırılır.