logo

Ağstafanın keçmiş icra başçısı və  müavininin həbs müddəti uzadıldı

21:49 10-07-2020 | icon 854
Ağstafanın keçmiş icra başçısı və  müavininin həbs müddəti uzadıldı

Səbail rayon Məhkəməsində Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara baxılıb.

 YeniAvropa xəbər verir ki,hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadılıb.

Xatırladaq ki, Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.