logo

Həkim şəfa verdiyi xəstələrlə indi bir palatada koronavirusdan müalicə alır

17:31 09-07-2020 | icon 2471
Həkim şəfa verdiyi xəstələrlə indi bir palatada koronavirusdan müalicə alır

"COVİD-19" infeksiyası ilə mübarizə aparan daha bir həkim-reanimatoloq  Elnur Abdulla virusa yoluxub.

 YeniAvropa xəbər verir ki, bu barədə Elnurun iş yoldaşları sosial şəbəkədə məlumat paylaşıblar.

Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının reanimatoloqu Elnur Abdulla aylardır virusla mübarizəyə qatılıb. Bir neçə gün əvvəl virusa yoluxduğu məlum olub.  Elnur yüksək hərarətlə öz çalışdığı xəstəxanaya yerləşdirilib.Hazırda müalicəsi davam etdirilir.