Yol polisi: 1295 hərəkət iştirakçısı cərimələnib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 8-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.
İdarədən YeniAvropa-ya bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 8-də saat 00:00-dan iyulun 9-u saat 00:00-dək olan müddətdə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1081 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 213 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1295 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 20-i rayon, 35-i paytaxt istiqamətinə olmaqla 55, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 25-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 90, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 115-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb. Ümumilikdə 325 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq