logo

DTX:"Keçmiş MTN-də  polkovnik Ofeliya Mahmudova işləməyib"

14:54 27-06-2020 | icon 2737
DTX:"Keçmiş MTN-də  polkovnik Ofeliya Mahmudova işləməyib"

Son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “haqqin.az”, “virtualaz.orq”, “hit.az” və digər internet informasiya saytlarında “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı”, “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr mərkəzindən YeniAvropa-ya bildiriblər ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin “polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb.

"Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır",-deyə məlumatda bildirilir.

Xatırladaq ki, bəzi KİV-lərdə  böyük dələduzluqda günahlandırılan "Mandarin Travel" turizm agentliyinin direktoru Ellada Kərimovanın keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaçdığı iddia edilir. Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı

 

QQeyd edək ki, "Mandarin Travel" turizm şirkətinin direktoru Ellada Kərimova onlarla vətəndaşın pullarını mənimsəməkdə ittiham olunur. Aldanan müştərilər hüquq-mühafizə orqanlarına müraciəti əsasında Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsi Xətai rayon Məhkəməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 178.2.2-ci maddələri ilə cinayət işinin başlanılması barədə vəsatət göndərib.
 
Ellada Kərimova 15 ildən çoxdur turizm agentliyinə rəhbərlik edib. Dələduzluqla bağlı cinayət işi təkcə onun özünə deyil, həmçinin əri Ceyhun Abbasov və oğlu Elmeddinə qarşı da açılıb. İddia edilir ki, ancaq Kərimova keçmiş MTN polkovniki Ofeliya Əbilhəsən qızı Mahmudova kimi nüfuzlu bir himayədar tapıb. 
Mahmudovanın əlaqələri sayəsində Ellada Kərimova və övladları Elmeddin və Tamara ölkədən qaçmağı, hətta xaricdə iş tapmağı da bacarıblar. Kərimovanın əri Ceyhun Abbasov Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovnikinin "canlı girovu” olaraq qalıb.