logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq, 27° isti olacaq

13:56 27-06-2020 | icon 2002
Sabah Bakıda qısamüddətli yağış yağacaq, 27° isti olacaq

Azərbaycanda iyunun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal -şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22°, gündüz 25-28° isti, Bakıda gecə 19-21°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 761 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal- şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 32-37° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimal edilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir sürətlənəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 28-33° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 20-25° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı proqnozlaşdırılır. Günün ikinci yarısında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-21°, gündüz 25-30° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı gözlənilir.