logo

Azərbaycanda Günəş tutulması izlənilir

09:11 21-06-2020 | icon 406
Azərbaycanda Günəş tutulması izlənilir

Azərbaycanda Günəş tutulması izlənilir.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından YeniAvropa-ya bildirilib ki, Günəş tutulması saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.

Xatırladaq ki, dünyada Günəş tutulması Bakı vaxtı ilə saat 07:46 radələrində başlayıb, saat 13:34-dək izləniləcək. Tutulmanın maksimum həddi 10:41-də olacaq.

Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada da müşahidə edilir. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən görmək mümkündür.